Bank Of Baku

Türkiyə prezidenti Azərbaycana gəlir

Türkiyə prezidenti Azərbaycana gəlir
# 11 noyabr 2008 11:57 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Türkiyə prezidenti Abdulla Gül noyabrın 14-də keçiriləcək IV Enerji sammitində iştirak etmək üçün Bakıya gəlir. APA-nın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bu gün keçirdiyi mətbuat konfransında bildirib. Səfir deyib ki, Türkiyə prezidenti Bakıda Azərbaycan və tədbirə qatılan digər ölkə prezidentləri ilə ikitərəfli görüşlər də keçirəcək: “Azərbaycan prezidenti İlham Əliyevlə ötən həftə Ankarada ikitərəfli məsələlər müzakirə olunduğundan bu səfər çərçivəsində enerji sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılacaq”.

Sammitdə «Nabucco» layihəsi ilə bağlı da müzakirələrin aparılacağını deyən diplomat bu layihə ilə bağlı sənədlərin 6 ay ərzində imzalanacağının gözlənildiyini söyləyib.

Səfir bəyan edib ki, Türkmənistanın da bu layihəyə qoşulması lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR