Bank Of Baku

İraq səfirliyi Azərbaycan sülhməramlılarının İraqdan çıxarılması ilə bağlı bəyanat yayıb

İraq səfirliyi Azərbaycan sülhməramlılarının İraqdan çıxarılması ilə bağlı bəyanat yayıb
# 12 noyabr 2008 13:04 (UTC +04:00)
Səfirlikdən APA-ya daxil olan bəyanatda bildirilir ki, Azərbaycan rəhbərliyi BMT mandatı çərçivəsində İraqda sülhməramlı qüvvələr tərkibində olan Azərbaycan hərbçilərinin geri çağırılması barədə Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasına müraciət göndərib. BMT mandatının 31.12.2008-ci il tarixində bitməsinə baxmayaraq, MM-in Komissiyası bu məsələyə baxaraq, onun parlamentin sessiyasında müzakirəsi və razılıq əldə edilməsinə dair qərar qəbul edib.

Bəyanatda qeyd olunur ki, səfirlik İraq hökumətinin bu məsələyə rəyini öyrənmək məqsədilə onunla əlaqə saxlayıb, İraq rəhbərliyi öz adından, eləcə də İraq xalqı adından İraqın və İraq xalqının dəstəklənməsi naminə Azərbaycan rəhbərliyinin tutduğu bu cəsarətli qardaş mövqeyinə görə dərin təşəkkürünü və minnətdarlığını bildirib: “Azərbaycanın sülhməramlı kontingenti öz missiyasına İraq xalqına yardım əlini uzatmış birincilər sırasında başlayıb və İraqda 15.08.2003-cü ildən indiyədək ən böyük bənd və su elektrik stansiyalarından olan “Hədisə” bəndinin və su elektrik stansiyasının mühafizəsini yerinə yetirib. Azərbaycan sülhməramlılarının öz vəzifələrini layiqincə yerinə yetirmələrini nəzərə alaraq, onların missiyasının çox böyük əhəmiyyət kəsb etməsini, nizam-intizam və qəhrəmanlıq misalı olmasını qeyd etmək lazımdır. İraq xalqı və hökuməti bu nəcib mövqeyi heç vaxt yaddan çıxarmayacaq. İraq hökuməti Azərbaycan sülhməramlılarının üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsində göstərdiyi şücaət və sədaqətə görə İraqı tərk etməzdən öncə təntənəli yolasalma mərasiminə Azərbaycanın yüksək səviyyəli hərbi, mülki və parlament nümayəndə heyətinin gəlişini alqışlayır, hər bir Azərbaycan sülhməramlısına müvəffəqiyyət və ləyaqət arzulayır, İraq ərazisində şəhid olan azərbaycanlı sülhməramlısına isə Allahdan rəhmət diləyir”.

Sənəddə İraq-Azərbaycan münasibətlərinə də toxunulub: “Rəsmi Bakı ilk gündən İraqda yeni sistemi dəstəkləyib, ağır bir mərhələdə İraq xalqının yanında olub, İraqın məruz qaldığı bütün terror hadisələri və xaricdən müdaxilələri pisləyib. İraq rəhbərliyi bunun müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafı üçün təkan olacağına ümid edir, dost Azərbaycan hökumətinin İraq tərəfinin razılığı ilə qarşılanan iqtisadi və mədəniyyət sahələrində əməkdaşlığa dair sazişin imzalanmasına razılıq verməsini arzulayır və azərbaycanlı dostlarından bu sazişin imzalanmasını iki ölkə arasında əlaqələrin yüksək səviyyədə qalması üçün bir addım olmasını gözləyir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR