Bank Of Baku

Bakıda keçiriləcək enerji sammitinə Ukrayna, Qazaxıstan və Türkmənistandan geniş tərkibli nümayəndə heyətləri qatılacaq

Bakıda keçiriləcək enerji sammitinə Ukrayna, Qazaxıstan və Türkmənistandan geniş tərkibli nümayəndə heyətləri qatılacaq
# 12 noyabr 2008 13:32 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Noyabrın 14-də Bakıda keçirilən IV Enerji Sammitində iştirak edəcək Ukrayna prezidenti Viktor Yuşşenkonu böyük nümayəndə heyəti müşayiət edəcək. Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçukun APA-ya verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Vladimir Oqrızko, enerji naziri Yuri Prodan, “Naftoqaz Ukrayinı” şirkətinin prezidenti Oleq Dubin və digər rəsmi şəxslər daxildir. Səfir bildirib ki, sammit çərçivəsində Azərbaycan və Ukrayna prezidentlərinin ikitərəfli görüşü də keçiriləcək. Diplomat həmçinin bildirib ki, ilk dəfə Azərbaycana gələn Oleq Dubin Azərbaycanın dövlət neft və qaz strukturlarında müxtəlif görüşlər keçirəcək.

Qeyd edək ki, enerji sammitində Qazaxıstanı enerji və mineral ehtiyatlar naziri Sauat Mınbayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Türkmənistan təmsilçilərinin saamitdə iştirakı gözlənilir. Diplomatik mənbələrin məlumatına görə, bu ölkəni böyük tərkibli nümayəndə heyəti təmsil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR