Bank Of Baku

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan paytaxtına toplaşırlar

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan paytaxtına toplaşırlar
# 12 noyabr 2008 13:54 (UTC +04:00)
Qeyd edək ki, amerikalı həmsədr Metyu Brayza də Bakıdadır, artıq onu xarici işlər naziri Elmar Məmmədyarov qəbul edib.

Digər həmsədr ölkə olan Fransanın Azərbaycandakı səfirliyindən isə APA-ya bildirilib ki, Bernar Fasienin Bakıya bu gün axşam gələcəyi gözlənilir.

B. Fasie APA-ya bildirib ki, sabah hər üç həmsədr xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəklər. Bundan başqa həmsədrlərin prezident İlham Əliyevlə də görüşü nəzərdə tutulur. Sabah axşam həmsədrlər xüsusi reyslə Bakıdan İrəvana uçacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR