Bank Of Baku

Samuel Bodman: “Düzgün idarə edildiyi təqdirdə, regionun enerji potensialı ciddi iqtisadı artımı təmin edəcək”

Samuel Bodman: “Düzgün idarə edildiyi təqdirdə, regionun enerji potensialı ciddi iqtisadı artımı təmin edəcək”
# 12 noyabr 2008 14:33 (UTC +04:00)
Bakı – APA. “ABŞ Xəzər hövzəsindəki enerji ehtiyatlarının şərqdə, qərbdə, şimalda və cənubda yerləşən bazarların tələbatını ödəməsinə şərait yaradılması və onların nəqlini mümkün edən müstəqil və kommersiya baxımından dayanıqlı enerji təminatı yollarının inkişafı işinə sadiqdir". Bu sözləri ABŞ-ın Enerji Departamentinin katibi Samuel U. Bodman deyib. ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, S. U. Bodman bildirib ki, düzgün idarə edildiyi təqdirdə, regionun enerji potensialı burada yaşayan xalqlar və investorlar üçün ciddi iqtisadı artımı təmin edəcək: “Münbit sərmayə mühitinin təşviqini davam etdirsək, biz neft və qazın Qərb bazarlarına nəqlinin təminatında əlavə enerji layihələrinin və etibarlı boru şəbəkələrinin yaradılmasına ümid edə bilərik. Beləliklə, region xalqlarına və iqtisadiyyatlarına, nəticə etibarilə bütün dünyaya daha çox xeyir gətirəcək bir fəaliyyətə dəstək vermiş olarıq".
Səfirliyin açıqlamasında deyilir ki, enerji sammiti Gürcüstan, Ukrayna, Polşa, Litva və Azərbaycan kimi region ölkələrinin təşəbbüsüdür və ümumi Avropanın enerji siyasətinin mühüm komponenti olan birgə enerji tranzit məkanının yaradılmasına yönəldilib. Sammit zamanı S. U. Bodman və ABŞ nümayəndə heyəti Xəzər regionundakı dayanıqlı enerji təminatçılarını dünya bazarı ilə əlaqələndirmək üçün sözügedən ölkələri regional səviyyədə əməkdaşlığa və Avropa ilə daha sıx işbirliyi qurmağa təşviq edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR