Bank Of Baku

Edvard Nalbandyan: “Tərəflər əsas prinsiplər ətrafında razılığa gəldikdən sonra sülh sazişinin hazırlanmasına başlanılacaq”

Edvard Nalbandyan: “Tərəflər əsas prinsiplər ətrafında razılığa gəldikdən sonra sülh sazişinin hazırlanmasına başlanılacaq”
# 13 noyabr 2008 07:40 (UTC +04:00)
İrəvan-APA. “Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Moskvada imzaladığı Bəyannamə bir neçə baxımdan önəmlidir”. APA-nın məlumatına görə, bu fikirlər Ermənistanın xarici işlər naziri Edvard Nalbandyana məxsusdur. O, imzalanan sənəddə bir neçə mühüm prinsipin öz əksini tapdığını deyib: “Son 14 il ərzində ilk dəfə olaraq Ermənistan və Azərbaycan prezidentlər səviyyəsində münaqişənin nizamlanmasına dair mühüm prinsiplərin öz əksini tapdığı bir sənədə imza atıblar. Bu sənəddə ən azı 4 dəfə münaqişənin sülh yolu ilə və siyasi danışıqlar vasitəsilə nizamlanmasının zəruriliyi vurğulanır. Həmçinin sənəddə problemin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyi qeyd olunur. Buna qədər Azərbaycan tərəfi yalnız bir prinsip - ərazi bütövlüyü prinsipində israr edirdi, sənəddə isə beynəlxalq hüququn norma və prinsiplərindən söhbət gedir”. Edvard Nalbandyan bəyannamədə danışıqların ATƏT-in Misnk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılmasının vacibliyinin 3 dəfə təkrarlandığını qeyd edib və danışıqlar müstəvisinin başqa formata keçirilməsinin əhəmiyyətsiz olduğunu vurğulayıb: “Tərəflər konkret prinsiplər üzərində razılığa gəldikdən sonra söhbət hər hansı sənədin hazırlanmasından gedəcək. Bu sənədi sülh haqqında, yaxud nizamlanma haqqında sənəd adlandırmaq olar. Lakin bu sənədin hazırlanması çox vaxt aparacaq. Bu, kifayət qədər uzun prosesdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR