Bank Of Baku

Samuel Bodman: “ABŞ Azərbaycanda keçiriləcək sammitə qatılan ölkələrin enerji təhlükəsizliyinə böyük önəm verir”

Samuel Bodman: “ABŞ Azərbaycanda keçiriləcək sammitə qatılan ölkələrin enerji təhlükəsizliyinə böyük önəm verir”
# 13 noyabr 2008 09:02 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri sabah keçiriləcək IV enerji sammitində iştirak edəcək ABŞ Energetika Departamentinin katibi Samuel Bodman söyləyib. ABŞ rəsmisi mətbuata açıqlamasında bildirib ki, ABŞ-ın əsas prinsipi ölkələrin suverenlik və müstəqilliyinə dəstək vermək, enerji ixrac edən və tranzit imkanlara malik ölkələrə Vaşinqtonun dəstəyini ifadə etməkdir: “ABŞ enerji resurslarının dünya bazarına qlobal təhlükəsiz nəqlini təmin edəcək istənilən layihəni dəstəkləyir. Ola bilsin ki, qarşıdan gələn sammitdə bəzi layihələr qəbul olunacaq. Bu layihələrin texniki təminatını, bu regionun enerji daşıyıcılarının Avropaya və dünya bazarına sərbəst nəqlini təmin etmək lazımdır”. Sammitə dəvət olunduğu üçün Azərbaycan prezidentinə təşəkkür edən Samuel Bodman iki ölkə ilə əməkdaşlığın səviyyəsindən məmnun olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR