Bank Of Baku

Samuel Bodman: “Rusiyanın qaz ixrac edən ölkələrin təşkilatını yaratmaq təşəbbüsünün heç bir müsbət tərəfi yoxdur”

Samuel Bodman: “Rusiyanın qaz ixrac edən ölkələrin təşkilatını yaratmaq təşəbbüsünün heç bir müsbət tərəfi yoxdur”
# 13 noyabr 2008 09:34 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Qərb dünyasına enerji daşıyıcılarının nəqlinə dair ideya və layihələr ABŞ tərəfindən dəstəklənəcək”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ABŞ Energetika Departamentinin rəhbəri Samuel Bodman verib: “Bu, Nabucco layihəsi də, Transxəzər layihəsi də ola bilər. Digər layihələr də mümkündür, əsas odur ki, dünya bazarında seçim imkanı olsun. Buna görə də ABŞ bu tipli layihələri dəstəkləyir və bu sahədə hər cür əməkdaşlığa hazırdır”. Rusiyanın qaz ixrac edən ölkələrin təşkilatını (Gaz-OPEC) yaratmaq təşəbbüsünə münasibət bildirən Bodman qeyd edib ki, bu ideyanın enerji resursları idxal edən ölkələr üçün heç bir müsbət tərəfi yoxdur: “Çünki belə təşkilatın yaradılması qiymətlərin daha da artmasına gətirib çıxara bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR