Bank Of Baku

ABŞ enerji mənbələrinin diversifikası prinsipini dəstəkləyir

ABŞ enerji mənbələrinin diversifikası prinsipini dəstəkləyir
# 13 noyabr 2008 10:44 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Neft-qaz ölkələri qazın qiymətinin düşə biləcəyindən qorxmamalıdırlar”. APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən dəyirmi masada ABŞ Energetika Departamentinin katibi Samuel Bodman deyib. S. Bodman bildirib ki, neftin qiymətinə təsir edən əsas amillərdən biri də alternativ enerji təchizatçılarının sayının çox olmasıdır: “Enerji mənbələrinin diversifikasiyası vacib faktordur. ABŞ hər zaman bu prinsipin tərəfdarı kimi çıxış edir, indi də bunu dəstəkləyir. Bu faktor dünya bazarında neftin qiymətinə də təsir göstərir”.

ABŞ-ın enerji məsələləri üzrə xüsusi nümayəndəsi Boydon Qrey isə neftin qiymətinə iqtisadiyyatda baş verən müxtəlif dəyişikliklərin təsiri olduğunu qeyd edib: “Qiymətlərdə hazırda müşahidə olunan eniş müvəqqətidir. Çünki Avropa ölkələrinin neft məhsullarına, xüsusən də təbii qaza olan tələbatı azalmır. Bu azalma olmadığından Azərbaycan kimi təchizatçı ölkələrin enerji resurslarına olan tələbat da zəifləmir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR