Bank Of Baku

Viktor Yuşşenko: “Qolodomor”un tanınmasında Azərbaycanın dəstəyinə ümidvarıq”

Viktor Yuşşenko: “Qolodomor”un tanınmasında Azərbaycanın dəstəyinə ümidvarıq”
# 14 noyabr 2008 08:29 (UTC +04:00)
APA-nın Ukrayna prezidentinin rəsmi saytına istinadən yaydığı məlumata görə, dövlət başçıları əsas diqqəti enerji təhlükəsizliyi sahəsində, ilk növbədə Odessa-Brodı neft kəməri bazasında Avro-Asiya neft nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması istiqamətində əməkdaşlığa ayırıblar. Görüşdə həmçinin Ukrayna-Azərbaycan münasibətlərinin inkişafına da toxunulub. Viktor Yuşşenko iki ölkə arasında ticarət dövriyyəsinin həcminin artdığını məmnunluqla vurğulayıb. Onun sözlərinə görə, 2008-ci ilin ikinci yarısında Azərbaycanla Ukrayna arasında xarici ticarət dövriyyəsi 705 milyon dolları ötüb ki, bu da ötən ilin göstəricisindən 59 faiz çoxdur. Prezidentlər həmçinin Bakıda bu gün keçiriləcək IV enerji sammitinin gündəliyini və gündəlikdə duran məsələləri müzakirə ediblər. Dövlət başçıları gələn ilin fevral-mart ayında Ukrayna prezidentinin Azərbaycana səfəri zamanı Prezidentlər Şurasının ilk iclasının keçirilməsini razılaşdırıblar. İclasda Azərbaycanla Ukraynanın neft-qaz və hərbi texniki sahədə əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub. Viktor Yuşşenko həmçinin “Qolodomor”un tanınması və pislənməsi ilə bağlı Ukraynanın cəhdlərinin Azərbaycan tərəfindən dəstəklənəcəyinə ümidvar olduğunu vurğulayıb. Görüşdə “Naftoqaz Ukrainı” milli səhmdar şirkətinin İdarə Heyətinin sədri Oleq Dubina da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR