Bank Of Baku

Azərbaycanın baş naziri MDB hökumət başçıları Şurasının Kişinyovda keçirilən iclasında iştirak edir

Azərbaycanın baş naziri MDB hökumət başçıları Şurasının Kişinyovda keçirilən iclasında iştirak edir
# 14 noyabr 2008 08:46 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bu gün Moldovanın paytaxtı Kişinyovda Müstəqil Dövlətlər Birliyi (MDB) hökumət başçıları Şurasının növbəti iclası keçirilir. Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya bildirilib ki, baş nazir Artur Rasizadə iclasda iştirak etmək üçün noyabrın 13-də Kişinyova yola düşüb.

Qeyd edək ki, iclasın gündəliyinə 35 məsələ daxil edilib. Müzakirəyə çıxarılacaq əsas məsələlər arasında MDB-nin iqtisadi inkişaf Strategiyası və Birlik ölkələrinin 2020-ci ilə kimi nəqliyyat sahəsində əməkdaşlığının Prioritet istiqamətləri, ərzaq təhlükəsizliyinin artırılması üzrə birgə səylər, beynəlxalq avtonəqliyyat xidmətləri bazarının inkişafının əsas istiqamətləri, yeni nəsil pasport-viza sənədləri üzrə dövlət informasiya sistemlərinin yaradılmasında əməkdaşlıq, saxta dərmanların dövriyyəsi ilə mübarizədə əməkdaşlıq, əmək miqrantları və onların ailə üzvlərinin hüququ statusu haqqında Konvensiya layihəsi və s. var.

Şuranın iclası əvvəlcə dar çərçivədə, sonra isə rəsmi nümayəndə heyətlərinin üzvləri, ekspertlərin iştirakı ilə keçiriləcək. İclas bitəndən sonra mətbuat konfransı olacaq, nümayəndə heyətlərinin başçılarını Moldova prezidenti Vladimir Voronin qəbul edəcək. İclas çərçivəsində hökumət başçıları ikitərəfli görüşlər də keçirəcək.

Ukrayna Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, bu ölkənin baş naziri Yuliya Timoşenko ilə Azərbaycanın baş naziri Artur Rasizadə arasında görüş olacaq.

Xatırladaq ki, 2009-cu il yanvarın 1-dən MDB-də sədrlik Moldovaya keçəcək, MDB-nin növbəti sammiti 2009-cu il oktyabrın 9-da Kişinyovda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR