Bank Of Baku

BMT Baş katibi Beynəlxalq Dözümlülük Günü münasibətilə müraciət edib

BMT Baş katibi Beynəlxalq Dözümlülük Günü münasibətilə müraciət edib
# 14 noyabr 2008 08:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. BMT Baş katibi Pan Gi Mun 16 noyabr - Beynəlxalq Dözümlülük Günü münasibətilə dünya ölkələrinə müraciət edib. Bu barədə APA-ya BMT-nin Azərbaycan nümayəndəliyindən məlumat verilib. Müraciətdə deyilir: “Dözümlülük qarşılıqlı anlaşma və ehtiram üçün əsas təməl rolunu oynayır. Bu dünya mədəniyyətlərinin zəngin fərqliliyin çiçəklənməsinə şərait yaradan yaşayış tərzidir. Bu həmçinin qlobal harmoniyanın təbliğ edilməsində bizim cəhdlərimiz üçün təməl daşıdır. 1995-ci il YUNESCO-nun Dözümlülük haqqında Prinsiplər Bəyannaməsində deyildiyi kimi, dözümlülük sülhü mümkün edən müharibə mədəniyyətinin sülh mədəniyyəti ilə əvəz olunmasını təbliğ edir. Dözümlülük potensial konfliktləri zəiflədə bilər. Bu, irqi nəzəriyyələrin və mədəni üstünlüyün meydana gəlməsinin qarşısının almasında yardım edir və cəmiyyətlərə uzunmüddətli xurafatlar və neqativ stereotiplərin öhdəsindən gəlməyə kömək edir”.

BMT Baş katibinin müraciətində daha sonra deyilir: “İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 60 illiyinin qeyd edildiyi bir ildə - Beynəlxalq Dözümlülük Günündə mən bütün insanları dözümlülüyə olan öz vəzifələrini bir daha yeniləməyə çağırıram. Gəlin dözümlülük, qlobal mədəniyyətin harmoniyası və sülh üçün cəhdlərimiz daha da genişləndirək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR