Metyu Brayza: “Həmsədrliyim müddətində prezidentlərin razılığa gəlməyə bu dərəcədə hazır olduğunu xatırlamıram” - EKSKLÜZİV
- Biz indi İrəvana gedirik, həftə sonu Xankəndində olacağıq, sona yenidən İrəvana qayıdaraq təəssüratlarımızı Serj Sarkisyanla bölüşəcəyik və onun prezidentlərin Moskva görüşü haqda fikirlərini dinləyəcəyik. Həmsədrlərin ötən ilin noyabrında irəli sürdükləri əsas prinsiplər üzərində işi də sona çatdırmağa çalışacağıq.
- Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü razılaşdırmaq mümkün olubmu?
- Hələlik bu barədə danışmaq tezdir. Görüşün ilin sonunda keçirilməsi mümkündür. Amma əvvəlcə biz bölgəyə səfərimizi tamamlayaraq prezidentlərdən növbəti müzakirələrə hazır olub-olmadıqlarını dəqiqləşdirməliyik. Dekabrın əvvəlində xarici işlər nazirlərinin də görüşü keçirilməli və orada prosesin nə dərəcədə proqressiv getdiyi qiymətləndirilməlidir. Yalnız bundan sonra prezidentlərin görüşündən söhbət gedə bilər. Hesab edirəm ki, görüş ya dekabrda, ya da gələn ilin yanvarında baş tuta bilər.
- Rusiya və ya Türkiyənin bu məsələdə yerindən vasitəçilik etməsi mümkündürmü?
- Rusiya onsuz da Minsk Qrupunun tərkibində vasitəçi kimi çalışır. Moskva görüşünü nəzərdə tutaraq Rusiyanın təkbaşına bu məsələdə bir yenilik etdiyini söyləmək o qədər də doğru olmaz. Digər həmsədrlər də Moskvaya dəvət olundular və bu istiqamətdə iş apardılar. Əvvəlcə prezidentlər Əliyev və Sarkisyanın görüşü keçirildi, sonra Rusiya prezidenti Medvedev, daha sonra isə həmsədrlər onlara qoşuldular və biz Bəyannamənin məzmununu müzakirə etdik.
- Tərəflər baza prinsiplərinin bir neçə maddəsi üzərində heç cür razılığa gələ bilmir. Mübahisəli maddələrdən biri də Dağlıq Qarabağın statusu ilə bağlı referendumun keçirilməsidir. Həmsədrlər bu məsələni həll edə biləcəkmi?
- Əvvəla, həmsədrlər bu cür qərarlar qəbul edə bilməz, yalnız öz tövsiyələrini verə və tərəflərin fikirlərini dinləyə bilər. Qərarı prezidentlər verməlidir. Səsvermə ilə bağlı detalları hələ müəyyənləşdirmək lazımdır. Səsvermənin necə təşkil olunacağı, harada keçiriləcəyi, səsvermədə kimlərin iştirak edəcəyi müzakirə olunmalıdır. Ona görə də məndə bu suala konkret cavab yoxdur.
- Həmsədrlər status məsələsi ilə bağlı hansısa irəliləyişə nail olublarmı? Tatarıstan modelinə bənzər federativ münasibətlər qurula bilərmi?
- Problem yaradan əsas məsələ və bütün diskussiyaların məğzi ərazi Azərbaycanın bütövlüyü prinsipini və öz müqəddəratını təyinetmə prinsipi ilə bağlı Ermənistanın güclü istəyini uzlaşdırmaqdan ibarətdir. Azərbaycanda hesab edirlər ki, öz müqəddəratını təyinetmə prinsipi Azərbaycanın tərkibində reallaşmalıdır. Ermənistan isə bildirir ki, Qarabağ öz müqəddəratını təyin etmək hüququna malikdir və müstəqil olmalıdır. Yanaşmalar bu dərəcədə müxtəlifdir. Mən nəticənin necə olacağını öncədən görə bilmərəm. Yalnız onu deyə bilərəm ki, həmsədrlər bütün diplomatik təcrübələrini işə salaraq prezidentlərin razılığa gəlməsinə yardımçı olmaq üçün hər şeyi edirlər.
- Son vaxtlar həmsədrlər öz cəhdlərinı xeyli artırıblar və məkik diplomatiyası (eyni istiqamətdə dəfələrlə gedib-gəlmək) üsulundan istifadə etməyə başlayıblar. Bu fəallığın səbəbi nədir?
- Cavab aydındır - ümumi mövqeyə gəlmək üçün. Mən öz həmsədrliyim müddətində prezidentlərin razılığa gəlməyə bu dərəcədə hazır olduğu bir dövr xatırlamıram. Hazırda tərəflər konstruktiv dialoq aparmağa çox meyllidir.
- Sizcə, prezidentlərin bu mövqeyini şərtləndirən amillər nələrdir?
- Əlbəttə ki, əsas faktorlardan biri Ermənistanda prezidentin dəyişməsidir. Mən Robert Köçəryana çox hörmət edirəm, amma bəzən prezidentlər dəyişdikdə müəyyən “kimya” dəyişikliyi də baş verir və qarşılıqlı anlayış yaranır. Prezidentlər arasında bu cür qarşılıqlı anlayış və dialoq arzusu müsbət faktordur. Digər faktor isə Rusiyanın Gürcüstana müdaxiləsidir. Bölgə və insanlar müharibənin nə qədər təhlükəli və faciəvi olduğunu dərk etdilər. Çünki güc tətbiqi proqnozlaşdırılması mümkün olmayan nəticələrə gətirib çıxara bilər. Hazırda Rusiya Gürcüstanla müharibə nəticəsində pozulan imicini düzəltməyə cəhd göstərir. Məhz bu səbəblə Rusiya Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşünü təşkil etdi. Amma biz onların bu təşəbbüsünü alqışlayırıq. Vəziyyətin dəyişməsinə məhz bu faktorlar səbəb oldu.
- Moskva Bəyannaməsinin imzalanmasını necə qiymətləndirirsiniz? Bu sənəd dönüş anı, yoxsa növbəti niyyət protokolu olacaq?
- Mən gələcəkdə nə baş verəcəyini və prezidentlərin hansı qərarları qəbul edəcəklərini söyləyə bilmərəm. Hazırda onu deyə bilərəm ki, Bəyannamənin imzalanması çox əlamətdar hadisədir. Çünki bu, prezidentlər səviyyəsində imzalanmış yeganə sənəddir. Bəyannamənin məzmunu da çox vacibdir. Ona görə ki, bu sənəd prezidentlərin münaqişənin sülh yolu ilə həllinə hazır olduğunu göstərir. Bu, bir növ öhdəliklərin yerinə yetirilməsi üzrə beynəlxalq təminat deməkdir. Son ildə bu istiqamətdə axsama vardı, bəyannamə isə bu yolda irəliləməyə əsas yaratdı.
Xarici siyasət
XİN 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq
Azərbaycan və Özbəkistan XİN rəhbərləri telefon danışığı aparıb, strateji tərəfdaşlıq müzakirə olunub - YENİLƏNİB
İordaniya Nümayəndələr Palatasının sədri Azərbaycana gəlib
Xəbər Lenti
Tramp: Atəşkəs dövründəki 60 gün ərzində Hörmüz boğazında ödəniş olmayacaq
Hindistan üç xam neft tankerinin Hörmüz boğazından keçdiyini açıqlayıb
ABŞ-da naməlum şəxslər avtomobildən bir qrup insana atəş açıb, yaralananlar var
DÇ-26: Niderland İsveçi darmadağın etdi
Polşanın qərarından sonra Kuçma və Yuşşenko Polşa ordenlərindən imtina ediblər
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
Türkiyədə turistləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb
XİN 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb
Zelenski: Kiyev Belarus hökumətinə ölkənin müharibəyə sürüklənməsinin mümkün nəticələri barədə xəbərdarlıq edib
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4057 nəfərə çatıb
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayır
Netanyahu və müdafiə naziri orduya Livanda "atəşi dayandırmaq" tapşırığı verib
SEPAH: Hörmüz boğazı bağlanıb
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İsveçrəyə yola düşüb
Pakistan ABŞ və İran arasında texniki danışıqların sabah İsveçrədə keçiriləcəyini açıqlayıb
Azərbaycan və Özbəkistan XİN rəhbərləri telefon danışığı aparıb, strateji tərəfdaşlıq müzakirə olunub - YENİLƏNİB
İordaniya Nümayəndələr Palatasının sədri Azərbaycana gəlib
Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var
Münhendə yük qatarları toqquşub, ölən var
Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib - FOTO
DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub
Tramp İtaliyanın Baş naziri Meloni ilə dostluq etməyəcəyini bildirib
Zaqatalada su hovuzunu təmir edən kişi yanıb
DÇ-26: Niderland İsveçə qarşı
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Flora Kərimova xəstəxanadan evə buraxılıb
UFC döyüşçüsü Rafael Fiziyev Azərbaycana gəlib
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Aralıq dənizində ardıcıl iki zəlzələ baş verib
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib, bu, qəbuledilməzdir
Füzulidə 15 yaşlı yeniyetmə su kanalında boğulub
Pezeşkianın müavini İranın 25 mlrd. dollarlıq aktivlərinin tam azad ediləcəyini bildirib
Belarus MN-in Qoşun Xidməti İdarəsinin rəisi Azərbaycana səfər edib
Sabah 36 dərəcə isti olacaq
Azərbaycan və Koreya arasında keçirilən siyasi məsləhətləşmələrin detalları açıqlanıb
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərilib - YENİLƏNİB - FOTO
Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
FHN Xızıda istirahət mərkəzlərində maarifləndirmə tədbirləri keçirib
Kriptobirjada əsas aktivlər üzrə artım müşahidə olunub
AFP: Pakistanda baş verən iki partlayışda 7 nəfər ölüb
Ukrayna dronları Bryansk və Belqorod vilayətlərinə hücum edib: ölən və yaralananlar var
Pakistanın daxili işlər naziri Tehrana yollanıb, İran-ABŞ danışıqları müzakirə olunacaq
Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib
Ukrayna rəsmiləri Polşa mükafatlarından imtina etməyə başlayıblar
Tramp: Süleymaninin öldürülməsi Yaxın Şərq tarixinin ən mühüm hadisələrindən biri olub
Rusiyada ağır yol qəzası: 6 nəfər ölüb, 2 nəfər yaralanıb
Göygöldə mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB