Bank Of Baku

Azərbaycan paytaxtında IV Enerji Sammiti başlayıb

Azərbaycan paytaxtında IV Enerji Sammiti başlayıb
# 14 noyabr 2008 09:18 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdulla Gül, Ukrayna prezidenti Viktor Yuşşenko, Litva prezidenti Valdas Adamkus, Polşa prezidenti Lex Kaçinski, Gürcüstan prezidenti Mixail Saakaşvili, ABŞ Enerji Departamentinin katibi Sameul Bodman, Bolqarıstanın vitse-prezidenti Angel Marin, Macarıstanın baş naziri Ferenç Duyurçan, Estoniyanın baş naziri Andrus Ansip və digər şəxslər iştirak edirlər. Sammitin işinə start verilməzdən əvvəl iştirakçılar xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, I Enerji Sammiti 2006-cı ilin mayında Polşanın Krakov şəhərində, II Enerji Sammiti 2007-ci ilin noyabrında Litvanın paytaxtı Vilnüsdə, III Enerji Sammiti isə bu ilin mayında Ukraynanın paytaxtı Kiyevdə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR