Bank Of Baku

Prezident İlham Əliyev: “Azərbaycanın təbii qaz ehtiyatları gələn əsrə qədər kifayət edəcək səviyyədədir”

Prezident İlham Əliyev: “Azərbaycanın təbii qaz ehtiyatları gələn əsrə qədər kifayət edəcək səviyyədədir”
# 14 noyabr 2008 10:08 (UTC +04:00)
APA-nın sammitdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, Azərbaycan prezidenti bu gün dünyada enerji təhlükəsizliyinin on il əvvəlki dövrlə müqayisədə daha aktual olduğunu deyib. O, Bakı-Tiflis-Ceyhan neft kəməri layihəsinin həyata keçirildiyini və hazırda Odessa-Brodı layihəsinin ciddi müzakirə edildiyini bildirib: “Bu layihənin həyata keçirilməsi üçün birgə şirkət yaradılıb, hazırda texniki əsaslandırma aparılır. Bu işlər tezliklə başa çatacaq”.

Enerji siyasətinin və bu istiqamətdə birgə səylərin önəminə diqqət çəkən dövlət başçısı Azərbaycanın artıq qaz ixracına başladığını və qaz idxalını dayandırdığını söyləyib. İ. Əliyev Azərbaycanın Türkiyə, Gürcüstan və Ukrayna kimi ölkələrə qaz ixrac etdiyini xatırladıb. Onun sözlərinə görə, Azərbaycanın təbii qaz ehtiyatları gələn əsrə qədər kifayət edəcək səviyyədədir: “Bu gün ölkədə istehlakçıların və tranzit ölkələrin tələblərinə uyğun işlər görülür”. Prezident bildirib ki, sammitin yekunları əsasında qəbul olunacaq Bəyannamə indiyə kimi əldə olunan nailiyyətləri və birgə əməkdaşlığı özündə əks etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR