Bank Of Baku

Mixail Saakaşvili: “Azərbaycan Avropanın enerji təhlükəsizliyi sahəsində böyük cəsarət nümayiş etdirib”

Mixail Saakaşvili: “Azərbaycan Avropanın enerji təhlükəsizliyi sahəsində böyük cəsarət nümayiş etdirib”
# 14 noyabr 2008 10:22 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Bakıda keçirilən enerji sammitində çıxışında Gürcüstan prezidenti Mixail Saakaşvili deyib. O, Rusiyanın Gürcüstanın bir hissəsini işğal etməsi nəticəsində ölkəsinə böyük ziyan dəydiyini, körpülərin, dəmir yollarının, limanların zərər çəkdiyini bildirib: “Biz Rusiya ilə əməkdaşlığın əleyhinə deyilik. Sadəcə, alternativ enerji layihələrinin yaradılması və həyata keçirilməsi çox mühümdür. Odessa-Brodı layihəsi üzərində iş davam etdirilməlidir. Vaxtilə Bakı-Tiflis-Ceyhan layihəsinin həyata keçiriləcəyinə də heç kim inanmırdı. Amma bu böyük layihə baş tutdu. Hesab edirəm ki, Avropa Birliyi ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq davam etdirilməlidir”.

M. Saakaşvili 2006-cı ilin soyuq yanvar ayında Gürcüstanda enerji problemi yaranarkən Azərbaycanın köməyə gəldiyini də xatırladıb: “Mən bunu heç vaxt unutmayacağam”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR