Bank Of Baku

Türkiyəli ekspert: “Ermənistanla münasibərtlərdə şərt qoyan tərəf Türkiyə və Azərbaycan olmalıdır”

Türkiyəli ekspert: “Ermənistanla münasibərtlərdə şərt qoyan tərəf Türkiyə və Azərbaycan olmalıdır”
# 25 noyabr 2008 14:48 (UTC +04:00)
Ankara. Mayis Əlizadə - APA. “Türkiyə-Ermənistan münasibətlərinə yalnız iqtisadi nöqteyi-nəzərdən baxılmamalıdır. Çünki sərhədin bağlı olmasına baxmayaraq, hazırda İran və Gürcüstan vasitəsilə Türkiyədən Ermənistana ildə 300 milyon dollarlıq mal gedir”. Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Orta Şərq Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) sədri Həsən Kanbolat deyib. Ekspertin sözlərinə görə, Ermənistanın əhalisini və iqtisadi gücünü nəzərə alsaq, sərhəd qapılarının açılmasının mövcud ticarət dövriyyəsini böyütməyəcəyini söyləyə bilərik: “Onda ermənilər sərhəd qapısının açılması üçün niyə bu qədər təkid edirlər və Gürcüstandakı savaşdan sonra bunu həyata keçirməyə ciddi şəkildə çalışırlar?” H. Kanbolatın fikrincə, bunun səbəbini avroatlantik dünyanın Cənubi Qafqaz siyasətində axtarmaq lazımdır: “Avroatlantik məkan Gürcüstandan sonra Ermənistanı da təsir dairəsinə daxil etmək və bu niyyətini Türkiyə vasitəsilə həyata keçirmək istəyir. Eyni zamanda erməni ziyalıları və xalqı artıq nəfəs borusu kimi yalnız Rusiyanı görmür. Onlar demokratiya və insan hüquqları üçün Qərbə yol tapmaq arzusundadırlar. Bunun yeganə yolu da Türkiyə ilə münasibətlərin normallaşdırılmasından keçir”. Bununla belə, ORSAM-ın rəhbəri Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdiyini və Türkiyənin ərazi bütövlüyünü, 1921-ci ildə imzalanmış Qars müqaviləsini tanımadığını da vurğulayıb: “İrəvan Ankara ilə münasibətlərini ön şərt olmadan normallaşdırmağa çalışır. Ancaq şərt qoyan tərəf işğalçı Ermənistan ola bilməz. Şərt qoyacaq tərəf Türkiyə və Azərbaycan olmalıdır. Türkiyənin və Azərbaycanın şərtləri reallaşarsa, əlbəttə ki, Ermənistanla Türkiyə və Azərbaycan arasındakı münasibətlər normallaşma mərhələsinə daxil ola bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR