Bank Of Baku

Azərbaycan prezidenti İtaliyanın “Edison” şirkətinin icraçı direktoru ilə görüşüb

Azərbaycan prezidenti İtaliyanın “Edison” şirkətinin icraçı direktoru ilə görüşüb
# 25 noyabr 2008 16:10 (UTC +04:00)
Roma - APA. İtaliyada rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın “Edison” şirkətinin icraçı direktoru Umberto Kuadrino ilə görüşüb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Romada dövlət başçısı üçün ayrılmış iqamətgahda - “Vesfin Excelsior” mehmanxanasında keçirilən görüşdə Azərbaycanla “Edison” şirkəti arasında enerji sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Bundan başqa, prezident İ. Əliyev bu gün öz iqamətgahında İtaliyanın “Rai İnternational” telekanalına müsahibə verib.

Səfər davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR