Bank Of Baku

Əli Babacan: “Türkiyə ilə Ermənistan arasındakı yaxınlaşma Azərbaycan-Ermənistan münasibətlərinə müsbət təsir göstərəcək”

Əli Babacan: “Türkiyə ilə Ermənistan arasındakı yaxınlaşma Azərbaycan-Ermənistan münasibətlərinə müsbət təsir göstərəcək”
# 26 noyabr 2008 08:46 (UTC +04:00)
Ankara – APA. “Türkiyə ilə Ermənistan arasındakı yaxınlaşma Azərbaycan-Ermənistan münasibətlərinə, bu iki ölkənin yaxınlaşması isə Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir göstərəcək. Bu mövzular bir-biri ilə əlaqəlidir”. APA-nın Türkiyənin “ANKA” agentliyinə istinadən yaydığı məlumata görə, bu sözləri Türkiyənin xarici işlər naziri Əli Babacan Tacikistan və Qırğızıstana səfərindən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib. O, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə olunmasa, Türkiyə ilə Ermənistan arasındakı yaxınlaşmanın davam edib-etməyəcəyi ilə bağlı sualı belə cavablandırıb: “Biz görüşlərdə bu mənfi ssenariləri heç gündəmə də gətirmirik”. Nazir indiyə qədər atılan addımları müsbət qiymətləndirdiklərini və prosesə pozitiv prizmadan baxdıqlarını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR