Bank Of Baku

Azərbaycan və Liviya arasında qarşılıqlı əməkdaşlıq haqqında protokol imzalanıb

Azərbaycan və Liviya arasında qarşılıqlı əməkdaşlıq haqqında protokol imzalanıb
# 26 noyabr 2008 09:49 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bu gün Bakıda Azərbaycan-Liviya hökumətlərarası komissiyasının iclası keçirilib. APA-nın məlumatına görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Liviya nümayəndə heyətinə isə bu ölkə xarici işlər nazirinin müavini Məhəmməd Ömər əl-Bərani başçılıq edib. İclas çərçivəsində qarşılıqlı əməkdaşlıq haqqında protokol imzalanıb. X. Xələfov bildirib ki, protokolun prioritet maddələri enerji və ticarət sahələrində əməkdaşlıqla bağlıdır. Sənəddə kənd təsərrüfatı, təhsil, səhiyyə, turizm, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlıq da nəzərdə tutulur. Təhsil sahəsində əməkdaşlıq çərçivəsində ali təhsil diplomlarının və elmi dərəcələrin qarşılıqlı olaraq tanınması, səhiyyə sahəsində əməkdaşlıq çərçivəsində kadr hazırlığı, mədəniyyət sahəsində isə müxtəlif festivalların və mədəniyyət günlərinin keçirilməsi planlaşdırılır.

Komissiyanın növbəti iclası gələn il Liviyada keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR