Bank Of Baku

Azərbaycan prezidentinin Türkmənistan səfərinə hazırlıq gedir

Azərbaycan prezidentinin Türkmənistan səfərinə hazırlıq gedir
# 26 noyabr 2008 10:37 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Prezident İlham Əliyevin Türkmənistana səfəri ilə bağlı hazırlıq işləri aparılır. APA-nın məlumatına görə, bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib. Nazir müavini səfər zamanı Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri İlham Əliyev, Abdulla Gül və Qurbanqulu Berdımuhammedov arasında görüş keçiriləcək, ölkələr arasında əməkdaşlığın gələcək inkişafı məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, prezident Q. Berdımuhammedovun rəhbərliyi ilə Türkmənistan Nazirlər Kabinetinin noyabrın 21-də keçirilmiş iclasında bu ölkənin xarici işlər naziri Rəşid Meretov üçtərəfli sammitə hazırlıq barədə məlumat verib. Türkmənistan mətbuatının yazdığına görə, sammit noyabrın 27-də Türkmənbaşı şəhərində baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR