Bank Of Baku

Avropa Komissiyasının Azərbaycandakı səfiri “Şərq tərəfdaşlığı” təşəbbüsünün prioritetlərini açıqlayıb

Avropa Komissiyasının Azərbaycandakı səfiri “Şərq tərəfdaşlığı” təşəbbüsünün prioritetlərini açıqlayıb
# 26 noyabr 2008 10:54 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “İnam” Plüralizm Mərkəzi və Avrointeqrasiya Milli İctimai Komitəsinin təşkilatçılığı ilə “Azərbaycan və Avropa Birliyi: inteqrasiya üçün effektiv əməkdaşlıq mexanizmləri” adlı dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə Avropa Komissiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Alan Vaddams “Avropa Qonşuluq Siyasəti çərçivəsində “Şərq tərəfdaşlığı” nə vəd edir” adlı məruzə ilə çıxış edib. O, “Şərq tərəfdaşlığı” ideyası üzərində işin davam etdiyini, gələn həftə bu barədə sənədin Avropa Komissiyasının Nazirlər Şurasına təqdim olunacağını bildirib. Diplomat “Şərq tərəfdaşlığı”nın 5 ölkəni - Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan və Ermənistanı əhatə edəcəyini, Belarusun da bu təşəbbüsə qatılması barədə təkliflərin nəzərdən keçirildiyini söyləyib. Diplomat “Şərq tərəfdaşlığı”nın həmin ölkələrə AB üzvlüyü vəd etmədiyini vurğulayıb, eyni zamanda qeyd edib ki, yaxın 20 ildə Ukrayna və Gürcüstanın bu quruma qəbulu mümkün görünür və bu ölkələr bir neçə dəfə belə bir xahişlə müraciət ediblər. “Şərq tərəfdaşlığı”nın prioritetlərindən danışan A. Vaddams AB ölkələrinə viza alınması prosesinin sürətlənəcəyini, bu məqsədlə Bakı kimi böyük şəhərlərdə ümumi mərkəzlərin yaradılmasının nəzərdə tutulduğunu açıqlayıb. Təşəbbüsün prioritetləri arasında azad ticarət məkanı yaradılması, böhranların idarə olunması, birgə təlimlərin keçirilməsi, miqrasiya siyasəti, ətraf mühitin qorunması, tələbə mübadiləsi, enerji və s. sahələrdə əməkdaşlıq da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR