Bank Of Baku

Nazir: “Dağlıq Qarabağ münaqişəsi Ermənistan üçün müharibə təhlükəsi yaradır”

Nazir: “Dağlıq Qarabağ münaqişəsi Ermənistan üçün müharibə təhlükəsi yaradır”
# 26 noyabr 2008 16:22 (UTC +04:00)
İrəvan - APA. “Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu və münaqişənin nizamlanmasına dair tərəflər arasında razılaşdırılmış qarşılıqlı hüquqi-siyasi əsasın olmaması Ermənistan üçün müharibə təhlükəsidir yaradır”. APA-nın “Novosti Armeniya”ya istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanın müdafiə naziri Seyran Ohanyan Harvard Universitetinin Qara dəniz təhlükəsizliyi proqramı üzrə 7-ci İrəvan seminarda çıxışı zamanı deyib.

S. Ohanyan qeyd edib ki, daha çox Azərbaycanın səfərbərliyə və silahlanmaya yönəlik siyasəti, Ermənistan üzərində hərbi uğur qazanmaq israrı və Dağlıq Qarabağ münaqişəsini hərbi güc yolu ilə həll etmək istəyi narahatlıq doğurur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR