Bank Of Baku

Azərbaycan prezidentinin İtaliyaya rəsmi səfəri başa çatıb

Azərbaycan prezidentinin İtaliyaya rəsmi səfəri başa çatıb
# 27 noyabr 2008 07:14 (UTC +04:00)
Roma – APA. Azərbaycan prezidenti İlham Əliyev İtaliyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Nazirlər Şurasının sədri Silvio Berluskoni ilə görüşüb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi bildirilib. S. Berluskoni İ. Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib, onun İtaliyaya rəsmi səfərinin əhəmiyyətini xüsusi vurğulayıb.

Söhbət zamanı qeyd olunub ki, iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələr genişlənəcək, qarşılıqlı münasibətlər daha da möhkəmlənəcək.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan prezidentinin İtaliya parlamentinin Deputatlar Palatasının sədri Canfranko Fini ilə də görüşü olub. Görüşdə iki ölkə arasında əlaqələrin dinamik inkişaf etdiyi bildirilib.

C. Fini Azərbaycan dövlətinin başçısını yenidən prezident seçilməsi münasibətilə təbrik edib. O, iki ölkə arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib, bu sahədə parlamentlərarası əlaqələrin rolunu vurğulayıb, əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini söyləyib.

Öz növbəsində, prezident İ. Əliyev İtaliya-Azərbaycan əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyini vurğulayıb.

Bununla da, Azərbaycan prezidentinin İtaliyaya rəsmi səfəri başa çatıb. Dövlət başçısı noyabrın 26-da Bakıya qayıdıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR