Bank Of Baku

Oqtay Əsədov USAİD-in rəhbərini qəbul edib

Oqtay Əsədov USAİD-in rəhbərini qəbul edib
# 27 noyabr 2008 08:19 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin sədri Oqtay Əsədov ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri Henrietta Forun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə O. Əsədov Azərbaycan parlamentinin dünyanın müxtəlif ölkələrinin qanunvericilik orqanları ilə sıx əlaqə saxladığını diqqətə çatdırıb. Spiker Milli Məclisin USAİD-lə əməkdaşlıq etdiyini və birgə layihələr həyata keçirildiyini deyib.
Henrietta For ABŞın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilən layihələr barədə Milli Məclisin sədrinə ətraflı məlumat verib. Bundan sonra Milli Məclisdə USAİD-in Parlament Aparatı ilə birgə layihəsi çərçivəsində deputat köməkçilərinə təlim sertifikatlarının təqdimetmə mərasimi keçirilib. Qeyd olunub ki, təlimləri müvəffəqiyyətlə bitirən 26 deputat köməkçisinə sertifikatlar təqdim olunacaq.
USAİD-in Aparat rəhbəri Madelin Marçesolt bildirib ki, indiyədək USAİD proqramı çərçivəsində ABŞ tərəfindən Azərbaycana 284 milyon ABŞ dolları məbləğində yardım göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR