Bank Of Baku

Prezident İlham Əliyev: ““Nabucco” layihəsinin həyata keçirilməsi təkcə Azərbaycandan asılı deyil”

Prezident İlham Əliyev: ““Nabucco” layihəsinin həyata keçirilməsi təkcə Azərbaycandan asılı deyil”
# 27 noyabr 2008 08:40 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri İtaliyanın “Rai İnternational” telekanalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib. Azərbaycanın əsas qaz yataqlarının işlənilməsinə son vaxtlar başlandığını qeyd edən dövlət başçısı hasilatın hələlik ən yüksək həddə çatdırılmadığını, buna növbəti 5-6 il ərzində nail olunacağına ümid etdiyini vurğulayıb: “Bu gün Azərbaycan qazı artıq bazarlara çıxıb, biz üç ölkəyə qaz ixrac edirik və çox güman ki, istehlakçıların əhatəsi genişlənəcəkdir. Lakin “Nabucco” layihəsinin həyata keçirilməsi təkcə bizdən asılı deyil. Bu, daha çox “Nabucco” şirkətlərinin fəaliyyətindən, tranzit məsələlərindən, Mərkəzi Asiya mənbələrinə qoşulma məsələlərindən asılıdır. Bu, daha geniş bir layihədir. Azərbaycan “Nabucco” layihəsində tranzit ölkə və zərurət yaranarsa, potensial təchizatçı rolu oynamağa hazırdır. Lakin eyni zamanda, onu demək istərdim ki, bu, təkcə bizim layihəmiz deyil”.

Azərbaycanın öz layihələrindən danışan prezident Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri layihələrinin tamamlandığını, Azərbaycan neft və qazının müxtəlif istiqamətlərdə nəql olunduğunu deyib.

Dövlət başçısı Rusiyanın “Qazprom” şirkətinin Azərbaycan qazının alınması ilə bağlı təklifinə də münasibət bildirib: “Bizə müxtəlif təkliflər gəlir. Rusiyanın “Qazprom” şirkətindən də bizə təkliflər var və hazırda həmin təklifləri nəzərdən keçiririk. Əlimizdə olan təkliflərə biz eyni mövqedən yanaşırıq. Bu, tamamilə ticari məsələdir. Biz öz enerji layihələrimizi yalnız kommersiya, şaxələndirmə, təhlükəsizlik və uzunmüddətli tərəfdaşlıq baxımından həyata keçiririk. Məhz bu səbəbdən bütün təkliflərə baxılacaq. Təbii ki, qiymət də bazar qiymətlərinə cavab verməlidir. Bu gün Azərbaycan iqtisadiyyatı 100 faiz bazar iqtisadiyyatıdır və əgər qiymət yaxşıdırsa, təbii ki, hər bir təklif dəyərləndirilə bilər. Eyni zamanda, bu gün və yaxın gələcəkdə Azərbaycan müxtəlif istiqamətlərə qaz ixrac etmək üçün kifayət qədər mavi yanacaq hasil edə biləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR