Bank Of Baku

Prezident İlham Əliyev: “Azərbaycanın Avropa İttifaqına üzvlük məsələsi Avropa İttifaqından asılı olacaq”

Prezident İlham Əliyev: “Azərbaycanın Avropa İttifaqına üzvlük məsələsi Avropa İttifaqından asılı olacaq”
# 27 noyabr 2008 09:13 (UTC +04:00)
Roma - APA. “Azərbaycanın Avropa İttifaqına üzvlük məsələsi təbii ki, bu, Avropadan, Avropa İttifaqından asılı olacaq”. APA-nın məlumatına görə, bu sözləri İtaliyanın “Rai İnternational” telekanalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib. Azərbaycanla Avropa ittifaqı (Aİ) arasında əlaqələrin səviyyəsinin çox yüksək olduğunu qeyd edən dövlət başçısı artıq iki ildir ki, Aİ ilə Qonşuluq proqramının icra edildiyini diqqətə çatdırıb: “Bizim enerji sektorunda güclü tərəfdaşlığımız var. Əminəm ki, apardığımız islahatlar növbəti beş il ərzində həyatımızın bir çox meyarlarını, o cümlədən siyasi sistemi və iqtisadi azadlığı Avropa İttifaqının meyarları səviyyəsinə gətirib çıxaracaqdır. Əgər Avropa İttifaqı bizi öz strukturlarına inteqrasiya olunan və ya əlaqəli olan, yaxud qonşu kimi görmək istəyirsə, istənilən seçim bizi razı salar. Biz Avropa İttifaqından nə isə tələb edə, qapını bərk döyərək, “Bizi içəri buraxın” deyə bilmərik”.

Prezident Aİ-nin bir ailə, bu ailənin isə öz qanun və qaydaları olduğunu söyləyib: “Bu ailənin kimisə buraya dəvət edib-etməmək hüququ var. Əgər biz bu gün desək ki, biz daha da sürətli inteqrasiya istərdik, bu, böyük dəyişikliklərə səbəb olmayacaq. Biz çalışmalıyıq. Azərbaycanda gördüyümüz işlər ölkəni gücləndirməyə, güclü siyasi sistemin, azad iqtisadiyyatın, bazar iqtisadiyyatının, sosial ədalətin yaradılmasına və Avropa İttifaqının gündəliyində olan bütün prinsiplərə xidmət edir. Onu da zaman göstərər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR