Bank Of Baku

İsveçdəki kürd diasporunun üzvü: “Kürdlər dəfələrlə ermənilər tərəfindən deportasiya olunub və soyqırımına məruz qalıblar”

İsveçdəki kürd diasporunun üzvü: “Kürdlər dəfələrlə ermənilər tərəfindən deportasiya olunub və soyqırımına məruz qalıblar”
# 27 noyabr 2008 10:29 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycanda kürdlərə milli hüquqlar verilməsi ilə bağlı problem yoxdur. APA-nın məlumatına görə, bu barədə Stokholmda fəaliyyət göstərən Kürd Ziyalıları İttifaqının üzvü Çeto Öməri Azərbaycana səfərinin yekunlarına dair «Etnoqlobus» agentliyinə verdiyi müsahibəsində bildirib: “Mən Azərbaycana gəlməyimdən çox şadam. Əfsuslar olsun ki, Qərbdə yaşayan kürdlər Azərbaycanda baş verən hadisələr haqqında tam yanlış informasiyaya malikdirlər. Bizdə elə məlumat var idi ki, Ermənistan-Azərbaycan münaqişəsi zamanı azərbaycanlılar kürdləri deportasiya və məhv ediblər. Azərbaycana gəldikdə isə tam əks mənzərə ilə rastlaşdım. Məlum oldu ki, kürdlər dəfələrlə ermənilər tərəfindən deportasiya olunub və soyqırımına məruz qalıblar. Hələ Sovet İttifaqı zamanı kürdlər Ermənistandan qovulub, sonra isə ermənilər Azərbaycan torpaqlarını işğal etdikdə yenidən didərgin salıblar. Azərbaycan dövləti və xalqı kürdləri qəbul edib, müdafiə edib, onlara etnik hüquqlar verib”.

Azərbaycanda kürdlərin bütün demokratik hüquqlara malik olduğunu qeyd edən Ç. Öməri burada kürdlərin mədəni mərkəzlərinin, radio verilişinin olduğunu bildirib: “Ümid edirəm ki, Azərbaycan kürdləri daha böyük inkişafa nail olacaqlar. Bu iki xalq əsirlər boyu yanaşı yaşayıb. Mən tam səmimi deyirəm ki, burada yaşayan kürdlərdən heç biri mənə vətəndaşları olduqları Azərbaycan haqqında mənfi fikir söyləmədi. Onlar azərbaycanlıları öz qardaşları bilirlər. Kürdlər Ermənistanda məhrum olduqları hüquqları Azərbaycanda əldə ediblər”.

İsveçdəki Azərbaycan diasporu ilə əlaqələrə toxunan Ç. Öməri bu əlaqələrin sıx olmadığını söyləyib: “Azərbaycan yeni müstəqillik qazanmış dövlətdir, diasporun formalaşması üçün zaman lazımdır. Əfsuslar olsun ki, biz kürdlərlə ermənilərin müxtəlif tarixi etaplarda birgə mübarizəsi barədə məlumatlara malik olmuşuq. Azərbaycanda gördüklərimin hamısını mən kürd diasporuna danışacağam. Yaxın zamanda daha böyük tərkiblə Azərbaycana gələcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR