Bank Of Baku

İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəalı zaminə buraxılıb

İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəalı zaminə buraxılıb
# 27 noyabr 2008 10:31 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından olan Sirus Hüseynnejad zaminə buraxılıb. Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, girov müqabilində zaminə buraxılan S. Hüseynnejad noyabrın 13-də İranda ötən əsrin əvvəllərində baş tutan Məşrutə hərəkatının lideri Səttarxanın vəfatının 94-cü ili ilə bağlı anım mərasiminə toplaşan azərbaycanlılarla bu ölkənin İnformasiya Nazirliyinin (ETTELAAT) və polis əməkdaşları arasında baş verən toqquşma zamanı saxlanılıb. S. Hüseynnejad ictimai asayişi pozmaqda, milli ədavətin qızışdırılmasında təqsirləndirilib.

Tehran Azadi Universitetinin tələbəsi olan S. Hüseynnejad bundan öncə də bir neçə dəfə İran hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, 2006-cı ildə “İran” qəzetində Azərbaycan türklərini təhqir edən karikaturanın dərcinə etiraz olaraq keçirilən aksiyalara qatıldığı üçün və bu il sentyabrın 10-da iftar mərasiminə qatılan azərbaycanlı hüquq müdafiəçisi ilə birlikdə həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR