Bank Of Baku

Azərbaycan Avropa Şurasının büdcəsinə 503 min avro ödəyir

Azərbaycan Avropa Şurasının büdcəsinə 503 min avro ödəyir
# 27 noyabr 2008 11:34 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Avropa Şurasının Nazirlər Komitəsi təşkilatın 2009-cu il üçün büdcəsini qəbul edib. APA-nın məlumatına görə, ölkələrin üzvlük haqlarının miqdarı artmayıb və təşkilatın büdcəsi 205 milyon avro təşkil edir. Büdcə Avropa İnsan Haqları Məhkəməsinin və insan haqları üzrə komissarın bürosunun artan xərclərinin təmin olunmasına və prioritet istiqamətlərin adekvat maliyyələşdirilməsinə yönəlib. Əsas diqqət dövlət və hökumət başçılarının 3-cü görüşündə qəbul olunmuş Fəaliyyət Planında göstərildiyi kimi, insan haqları, demokratiya, qanunun aliliyi, Avropa vətəndaşlarının təhlükəsizliyinin möhkəmləndirilməsi, daha humanist və həmrəy Avropanın qurulmasına veriləcək.

Qeyd edək ki, Azərbaycanın Avropa Şurasına ödədiyi üzvlük haqqı – 503.074.91 (503 min 74 avro 91 sent) avro ümumi büdcənin 0.2454 faizini təşkil edir. Ermənistanın büdcəyə payı 246.002.40 avro təşkil edir ki, bu da ümumi büdcənin 0.1200 faiz deməkdir. Ən çox üzvlük haqqı ödəyən ölkələr Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və Rusiyadır. Onların hər biri 24.433.778.38 avro (11.9180%) pul ödəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR