Bank Of Baku

Heyki Talvitie Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirə aparıb

Heyki Talvitie Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirə aparıb
# 27 noyabr 2008 12:54 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. ATƏT sədrinin xüsusi nümayəndəsi Heyki Talvitie Cenevrədə Rusiya, ABŞ, BMT və Avropa Birliyi nümayəndələri ilə keçirdiyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini də müzakirə edib. APA-nın “Helsinki Times” qəzetinə istinadən verdiyi məlumata görə, H. Talvitie üç prezident tərəfindən imzalanmış Moskva Bəyannaməsini Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nikbin işarə kimi qiymətləndirib. Qəzet ATƏT xarici işlər nazirlərinin dekabrın 4-5-də Helsinkidə keçiriləcək toplantısında əsas müzakirə mövzularından birinin məhz Dağlıq Qarabağ münaqişəsi olacağını yazıb: “Müzakirə olunacaq mövzular kifayət qədər mürəkkəb və ziddiyyətlidir: Rusiyanın Qafqazdakı təcavüzü, Dnestryanı və Dağlıq Qarabağ münaqişələri, eləcə də terrorçuluq və insan alveri”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR