Bank Of Baku

Gələn ay Xəzərin hüququ statusuna dair işçi qrupun iclası keçiriləcək

Gələn ay Xəzərin hüququ statusuna dair işçi qrupun iclası keçiriləcək
# 27 noyabr 2008 15:23 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə 5 ölkənin işçi qrupunun növbəti iclası dekabrda Qazaxıstanda keçiriləcək. APA-nın məlumatına görə, bunu Qazaxıstanın xarici işlər naziri Marat Tajin nazirlikdə keçirilən müşavirədə bildirib.

Xatırladaq ki, işçi qrupun son iclası bu il iyulun 23-24-də Bakıda keçirilib. İşçi qrupa Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR