Bank Of Baku

Elmar Məmmədyarov Liviya diplomatını qəbul edib

Elmar Məmmədyarov Liviya diplomatını qəbul edib
# 27 noyabr 2008 15:48 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Liviya Sosialist Xalq Cəmahiriyyəsinin xarici əlaqələr və beynəlxalq əməkdaşlıq üzrə ümumxalq komitəsinin Asiya və Avstraliya məsələləri üzrə katibi Məhəmməd Əl Baradini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tərəflər Bakıda keçirilmiş Azərbaycan-Liviya hökumətlərarası komissiyasının 1-ci iclasının nəticələrini müzakirə edərək imzalanmış protokolun ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayacağını bildiriblər. Qonaq ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT Baş Məclisində keçirilən səsvermələr zamanı Azərbaycanın mövqeyini daim dəstəklədiyini və bu siyasətin bundan sonra da davam edəcəyini deyib. E. Məmmədyarov isə verdiyi dəstəyə görə Liviyaya minnətdarlıq edib. Sonra tərəflər Cənubi Qafqazda və Orta Şərqdə gedən proseslərlə bağlı müzakirə aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR