Bank Of Baku

Avropa Şurasında quruma üzv olan ölkələrin sınaq xidməti rəhbərlərinin toplantısı keçirilib

Avropa Şurasında quruma üzv olan ölkələrin sınaq xidməti rəhbərlərinin toplantısı keçirilib
# 27 noyabr 2008 17:58 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. Bu gün Avropa Şurasında (AŞ) quruma üzv olan ölkələrin sınaq xidməti rəhbərlərinin toplantısı keçirilib. APA-nın Avropa bürosunun xəbərinə görə, bu məsələ ilə bağlı AŞ-nın cəzaçəkmənin alternativ yollarına dair tövsiyyəsi də var . Konfransın keçirilməsində əsas məqsəd cəzaların icrasının başqa formalarını inkişaf etdirmək, Avropada müasir və insani cəza siyasətini yaymaqdır. Tədbirdə əsasən AŞ ölkələrində sınaq xidmətlərinin elektronik nəzarət və digər texniki nəzarətlər sahəsindəki rolu müzakirə edilib.

Toplantı Fransa Ədliyyə Nazirliyi ilə Avropa sınaq xidmətləri təşkilatının birgə təşəbbüsü ilə reallaşıb. Toplantıda Azərbaycanı Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi Xanlar Zeynalov və Penitensiar Xidmətin Xüsusi Məsələlər şöbəsinin müdiri Fəxrəddin İsayev təmsil edib. F. İsayev APA-nın Strasburqdakı əməkdaşına deyib ki, konfrans əsasən yüngül cinayət kimi tövsif olunmuş halları törətmiş şəxslərin azadlıqdan məhrum etmədən, cəmiyyətdən təcrid olunmayaraq cəzalarını çəkmələrinin yollarını müzakirə edir : « Hazırda bir sıra Avropa ölkələrində bu sınaqlar keçirilir. Əslində bu toplantı həmin təcrübənin yayılmasının yollarını araşdırır. Azərbaycan AŞ-na üzv olduqdan bəri qurumun bütün istiqamətlərdə demokratik islahatların keçirilməsinə təkan verən toplantılarında iştirak edir. AŞ-nın ekspertləri son 7-8 ildə müntəzəm olaraq, Azərbaycanın cəzaçəkmə müəssisələrində olublar. Onlar bu sahədəki islahatlardan razı qaldıqlarını deyiblər. Həqiqətən də Azərbaycan bu sahədə MDB məkanında ən çox islahatlar aparmış ölkələrdəndir ». F. İsayev qeyd edib ki, keçirilən tədbir tövsiyə xarakterlidir . O deyib ki, bu təkliflər hər bir ölkənin və regionun yerli şəraitini və şərtlərini də nəzərə alınmaqla reallaşdırılır : « Biz qanunları ilk növbədə ölkəmizin inkişaf tempinə uyğun qəbul edirik. Azərbaycan bu sahədə həmişə müsbət dəyişiklikləri daim qəbul edib ».

Qeyd edək ki, tədbirin sonunda konfransın nəticələrinə uyğun olaraq, AŞ-nın sinaq xidmətləri üzrə tövsiyyə xarakterli yeni sənədi tərtib ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR