Bank Of Baku

İspaniya XİN başçısı : « Dağlıq Qarabağ münaqişənin həllinə bu dəfə əvvəlkindən daha yaxın olduğumuza inanıram »

İspaniya XİN başçısı : « Dağlıq Qarabağ münaqişənin həllinə bu dəfə əvvəlkindən daha yaxın olduğumuza inanıram »
# 27 noyabr 2008 20:20 (UTC +04:00)
Bildiyiniz kimi, mən İspaniyanın xarici işlər naziri kimi həm də ATƏT-də sədrlik missiyasını yerinə yetirmişəm. Mən ATƏT-in sədri olanda da bu münaqişənin həlli ilə bağlı bəzi fəaliyyətlər həyata keçirdik. Azərbaycanla Ermənsitan arasında dialoq yenidən yaranıb və davam etdirilir ». Bunu APA-nın Avropa burosunın əməkdaşının « Cənubi Qafqaz regionunda, xüsusən də Azərbaycanla Ermənistan arasındakı münaqişənin həllinə dair İspaniyanın prioritetləri nədir ?» sualına cavabında İspaniya xarici işlər naziri və Avropa Şurası Nazirlər Komitəsinin sədri Migel Anhel Moratinos bildirib.

Onun sözlərinə görə, İspaniya Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə münaqişənin həllini asanlaşdırmağa, dialoqu canlandırmağa və etimad mühitinin yaranmasına yardım edə bilər : « Biz bunu arzulayırıq və istəyirik. Mən münaqişənin həllinə bu dəfə əvvəlkindən daha yaxın olduğumuza inanıram. Biz siyasi və diplomatik abu-havanın yaradılmasında əlimizdən gələn səyləri əsirgəməyəcəyik. Mən hər iki tərəfi həll yolunu tapmaq ucun dialoq istəyini davam etdirməyə çağırıram ».

M. Maratinos qeyd edib ki, dekabrın əvvəlində Bakıda keçiriləcək konfrans İspaniyanın Nazirlər Komitəsinə sədrliyi dövrünün ilk toplantısı olacaq : « Bu konfrans birgə işləmək üçün yaxşı şərait yaradacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR