Bank Of Baku

Nikola Sarkozi: “2009-cu il Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün müstəsna və məqsədəuyğun ildir”

Nikola Sarkozi: “2009-cu il Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün müstəsna və məqsədəuyğun ildir”
# 28 noyabr 2008 08:35 (UTC +04:00)
Mən Sizin 2007-ci ilin noyabrındakı səfəriniz zamanı bizim dolğun müzakirələrimizdən xüsusilə razı qaldım və 2009-cu ildə Sizi Fransada qəbul etməkdən çox şad olacağam. Bu səfər bizə, iki ölkəmizi birləşdirən münasibətlərin bütün aspektlərini öyrənməyə və onların dərinləşdirilməsi üçün işləməyə imkan verəcək”. APA-nın məlumatına görə, bu sözlər Fransa prezidenti Nikola Sarkozinin Azərbaycan prezidenti İlham Əliyevə göndərdiyi məktubdandır.

N. Sarkozi məktubunda prezident İ. Əliyevi Fransanın Minsk qrupunun həmsədri vəzifəsində Azərbaycanın yanında olmaqla, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və ədalətli həllinə nail olunması üçün səylərini əsirgəməyəcəyinə əmin edib: “Mənim bu məsələyə nə qədər şəxsi marağım olduğu Sizə məlumdur və mən Rusiya prezidenti Dmitri Medvedevin dəstəyi ilə bu il noyabrın 2-də Moskvada prezident Sərkisyanla görüşünüzün ümidverici nəticələrini razılıqla öyrəndim. Bu baxımdan hiss edirəm ki, 2009-cu il müstəsna və məqsədəuyğun bir ildir və münaqişənin həllinə nail olmaq üçün bu fürsətdən istifadə etmək lazımdır. Fransa bu müsbət dinamikaya öz töhfəsini verməyə hazırdır, daha geniş mənada isə, Qafqazı sülh və tərəqqi zonasına çevirmək üçün hər bir köməyin göstərilməsində iştirak etməkdə qərarlıdır”.

Fransa prezidenti Avropa qonşuluq siyasəti çərçivəsində, “Şərq tərəfdaşlığı”nın müəyyən edilməsi üçün Avropa İttifaqı nəzdində aparılan işlərin Azərbaycanın Avropaya daha çox yaxınlaşdırması üçün bir fürsət olduğunu da vurğulayıb: “Əmin ola bilərsiniz ki, Fransa bu yeni sənədin tam şəkildə Azərbaycanın xeyrinə olmasına çalışacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR