Bank Of Baku

Azərbaycan prezidentinin Türkmənistana rəsmi səfəri başlayıb

Azərbaycan prezidentinin Türkmənistana rəsmi səfəri başlayıb
# 28 noyabr 2008 09:49 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Aşqabadın Saparmurad Türkmənbaşı adına Beynəlxalq Hava Limanında Azərbaycan dövlət başçısını Türkmənistanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. Azərbaycan prezidenti fəxri motosikletçilər dəstəsinin müşayiəti ilə hava limanından yola düşüb.

Aşqabadda dövlət başçısının rəsmi qarşılanma mərasimi olub. Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan prezidentini böyük hörmət və ehtiramla qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib, iki ölkənin dövlət himnləri səslənib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Rəsmi qarşılanma mərasimindən sonra prezidentlər rəsmi foto çəkdiriblər.

Bunun ardınca Azərbaycan və Türkmənistan prezidentlərinin təkbətək görüşü olub. Görüşdə ölkələr arasında münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, əlaqələrin daha da genişlənəcəyinə əminlik vurğulanıb. Bildirilib ki, Azərbaycan prezidentinin Türkmənistana rəsmi səfəri ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək.

Dövlət başçıları ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR