Bank Of Baku

Alan Vaddams: “Şərq Tərəfdaşlığı” təşəbbüsünə qoşulmaq Azərbaycanın Avropa İttifaqına daxil olmaq şansını artıracaq”

Alan Vaddams: “Şərq Tərəfdaşlığı” təşəbbüsünə qoşulmaq Azərbaycanın Avropa İttifaqına daxil olmaq şansını artıracaq”
# 28 noyabr 2008 11:55 (UTC +04:00)
APA-nın məlumatına görə, Avropa İttifaqı (Aİ) Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Alan Vaddams bunu bu gün “Azərbaycanın Avropa İttifaqına inteqrasiyası: nəticə və perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib. A. Vaddams bildirib ki, gələcəkdə proseslərin hansı şəkildə inkişaf edəcəyi haqda hələlik heç nə demək mümkün deyil: “Azərbaycan “Şərq Tərəfdaşlığı”na qoşulduqdan sonra proseslər istənilən şəkildə inkişaf edərsə, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa dair müxtəlif variantlar müzakirə edilə bilər”.

A. Vaddamsın sözlərinə görə, Avropaya inteqrasiyanı özündə əks etdirən “Şərq Tərəfdaşlığı”na qoşulan ölkə Aİ-yə çox yaxın dövlət sayılacaq: “Kommunike özündə vahid, hərtərəfli bazarın yaradılmasını təklif edir. Bu daha uzunmüddətli strategiyadır. Amma ilkin olaraq azad ticarət məkanının qurulması nəzərdə tutulur. Bundan öncə isə ölkələrin Ümumdünya Ticarət Təşkilatına qoşulması əhəmiyyətlidir. Sonra Avropa İttifaqının Qaydalar Toplusunun dövlətlər tərəfindən qəbul edilməsi tələb olunur”.

Səfir “Şərq Tərəfdaşlığı”nın viza rejimi ilə bağlı problemləri də həll edəcəyini vurğulayıb: “Viza proseduralarının sadələşdirilməsi, azad gediş-gəliş də bu proqram çərçivəsində həll oluna bilər. Bununla yanaşı, viza probleminin aradan qaldırılması məqsədilə ümumi mərkəzin yaradılması da təkliflər sırasına daxildir”.

A. Vaddams sənədin digər istiqamətinin insan hüquqları, demokratiya, qanunun aliliyi və digər məsələlər olduğunu söyləyib: “Sənəddə müəyyən öhdəliklər də əksini tapıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR