Bank Of Baku

Vyaçeslav Nikonov: “Dağlıq Qarabağ münaqişəsinin həlli dinamikası çox da ümidverici deyil”

Vyaçeslav Nikonov: “Dağlıq Qarabağ münaqişəsinin həlli dinamikası çox da ümidverici deyil”
# 28 noyabr 2008 11:56 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Moskva Bəyannaməsi bir şansdır. Bu şansdan istifadə edilə də bilər, edilməyə də”. Bu sözləri APA-ya açıqlamasında “Russkiy Mir” Fondunun icraçı direktoru, tanınmış Rusiya politoloqu, tarix elmləri doktoru Vyaçeslav Nikonov deyib. O, Dağlıq Qarabağ münaqişəsinin çox ağır problem olduğunu, bu problemin həllini hətta nəzəri cəhətdən təsəvvür etməyin belə çətin olduğunu bildirib: ”Hər şey ATƏT-in Minsk Qrupunun, Rusiyanın, münaqişənin bütün iştirakçılarının və əlbəttə ki, Azərbaycan və Ermənistanın birgə səylərindən asılıdır. Moskva Bəyannaməsi müəyyən imkanlar pəncərəsi açan bir şansdır və münaqişənin həllinə təminat vermir”. V. Nikonovun fikrincə, münaqişənin həlli dinamikası çox da ümidverici deyil və Moskva Bəyannaməsindən sonra lazımi addımlar atılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR