Bank Of Baku

“Azərbaycanın Avropa Birliyinə inteqrasiyası: nəticə və perspektivlər” mövzusunda tədbir keçirilib

“Azərbaycanın Avropa Birliyinə inteqrasiyası: nəticə və perspektivlər” mövzusunda tədbir keçirilib
# 28 noyabr 2008 12:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Avropa Komissiyasının Azərbaycan nümayəndəliyinin və Avropa Hərəkatının Azərbaycan təmsilçiliyinin təşəbbüsü ilə “Azərbaycanın Avropa Birliyinə inteqrasiyası: nəticə və perspektivlər” mövzusunda tədbir keçirilib. APA-nın məlumatına görə, Avropa Hərəkatının Azərbaycan nümayəndəliyinin baş katibi Rəşad Quliyev Azərbaycanla AB arasında əlaqələrin inkişaf tempi və gələcək perspektivlər barədə danışıb. Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Alan Vaddams Azərbaycanın son illər Avropaya inteqrasiya istiqamətində atdığı addımları təqdir edib və əlaqələrin inkişaf etdiyini söyləyib. Avropa Hərəkatının Azərbaycan nümayəndəliyinin prezidenti Surxan Lətifov, qurumun vitse-prezidenti İsmayıl Ağayev və xarici ölkə səfirliklərinin nümayəndələri Avropa ölkələri arasında inteqrasiya istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR