Bank Of Baku

Vyaçeslav Nikonov: “Azərbaycan Rusiyanın vacib tərəfdaşıdır”

Vyaçeslav Nikonov: “Azərbaycan Rusiyanın vacib tərəfdaşıdır”
# 28 noyabr 2008 12:19 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Azərbaycan Qafqazda Rusiyanın çox vacib tərəfdaşı və dünya enerji bazarında ən önəmli ölkələrdən biridir”. APA-nın məlumatına görə, bunu “Russkiy Mir” Fondunun icraçı direktoru, tanınmış Rusiya politoloqu Vyaçeslav Nikonov Bakı Dövlət Universitetindəki “Rus Mərkəzi”nin açılışında deyib. O, hazırda Azərbaycan-Rusiya münasibətlərinin dinamik inkişaf etdiyini, iqtisadi maraqları qarşılıqlı olaraq həyata keçirməyə şərait yaratdığını söyləyib. Politoloq hər iki ölkənin aktual beynəlxalq məsələlərə yanaşmasının da bir-birinə yaxın olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR