Bank Of Baku

Azərbaycanla Türkmənistan arasında 4 sənəd imzalanıb - YENİLƏNİB

Azərbaycanla Türkmənistan arasında 4 sənəd imzalanıb - <font color=red>YENİLƏNİB</font>
# 28 noyabr 2008 12:57 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Q. Berdiməhəmmədov iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirib, ölkəsinin Azərbaycanla sıx əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Türkmənistan dövlət başçısı iki ölkə arasında ticarət-iqtisadi, nəqliyyat, energetika, humanitar və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. O, cari ilin on ayında iki ölkə arasında ticarət dövriyyəsinin həcminin iki dəfə artmasını bunun əyani nümunəsi kimi qiymətləndirib. Q. Berdıməhəmmədov Azərbaycan prezidentinin Türkmənistana rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində mühüm rolu olacağını vurğulayıb.

Öz növbəsində, Azərbaycan prezidenti İ. Əliyev ölkələrimiz arasında siyasi münasibətlərin fəallaşması və möhkəmlənməsini əlaqələrin bütün sahələrdə genişlənməsinə təkan verdiyini deyib. Dövlət başçısı iki ölkənin beynəlxalq məsələlərdə və nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini və təşəbbüslərini dəstəklədiyini bildirib.

Türkmənistan prezidentinin bu ilin mayında Azərbaycana rəsmi səfərinin qarşılıqlı əlaqələrin inkişafına əsaslı təkan verdiyini deyən prezident İ. Əliyev dost və qardaş xalqlarımızın, ölkələrimizin əməkdaşlığının bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini söyləyib.

Geniş tərkibdə görüşündən sonra Azərbaycan və Türkmənistan arasında sənədlərin imzalanma mərasimi olub. Bakı (Azərbaycan Respublikası) və Türkmənbaşı (Türkmənistan) limanları vasitəsilə beynəlxalq dəmir yolu - bərə xəttində yüklərin daşınmasının, yük vaqonlarının və konteynerlərin istismarının, nömrələr üzrə qeydiyyatının və onlardan istifadəyə görə hesablaşmanın təşkili haqqında sazişi Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Türkmənistanın dəmir yolu nəqliyyatı naziri Dəryaqulu Məhəmmədquliyev imzalayıblar.

Azərbaycan Təhsil Nazirliyi ilə Türkmənistanın Təhsil Nazirliyi arasında təhsil haqqında əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistan tərəfdən isə təhsil naziri Mühəmmədgəldi Annaamanov imzalayıblar.

Azərbaycan Hökuməti və Türkmənistan Hökuməti arasında Bakı (Azərbaycan Respublikası) və Türkmənbaşı (Türkmənistan) limanları vasitəsilə birbaşa beynəlxalq dəmir yolu - bərə əlaqəsinin təşkili haqqında sazişi Azərbaycan tərəfdən nəqliyyat naziri Ziya Məmmədov, Türkmənistan tərəfdən isə Nazirlər Kabineti sədrinin müavini Nəzərqulu Şaquliyev imzalayıblar.

Azərbaycan Hökuməti və Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyası haqqında sazişi Azərbaycan tərəfdən baş nazirinin 1-ci müavini Yaqub Eyyubov, Türkmənistan tərəfdən isə Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyev imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR