Bank Of Baku

Beynəlxalq Avropa Hərəkatının Federal Şurasının toplantısı gələn ay Brüsseldə keçiriləcək

Beynəlxalq Avropa Hərəkatının Federal Şurasının toplantısı gələn ay Brüsseldə keçiriləcək
# 28 noyabr 2008 13:25 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Beynəlxalq Avropa Hərəkatının Federal Şurasının toplantısı dekabrın 12-14-də Belçikanın paytaxtı Brüsseldə keçiriləcək. Bunu APA-ya Avropa Hərəkatının Azərbaycan Nümayəndəliyinin baş katibi Rəşad Xasayoğlu deyib. O bildirib ki, toplantıda şuraya və qurumun İdarə Heyətinə, bununla yanaşı Avropa Hərəkatının sədrliyinə seçkilər keçiriləcək. R. Xasayoğlunun sözlərinə görə, toplantıda şuraya üzvlüyünə namizədliyi irəli sürülən Azərbaycan haqda məlumat xarakterli çıxış olacaq. O, tədbirə Avropa Hərəkatının Azərbaycan Təmsilçiliyinin 5 nəfərdən ibarət nümayəndə heyətinin də dəvət edildiyini söyləyib: “Ancaq səfərin reallaşdırılması üçün maliyyə problemi yaranıb”.
R. Xasayoğlu deyib ki, toplantıda şura üzvləri arasında Azərbaycanla bağlı bukletlər də paylanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR