Bank Of Baku

Avropa İttifaqı “Nabucco” layihəsinin təhlükəsizliyini daha da gücləndirmək istəyir

Avropa İttifaqı “Nabucco” layihəsinin təhlükəsizliyini daha da gücləndirmək istəyir
# 28 noyabr 2008 13:30 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Avropa İttifaqı “Nabucco” layihəsinin təhlükəsizliyini daha da gücləndirmək istəyir”. Bunu APA-ya açıqlamasında Avropa İttifaqı (Aİ) Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Alan Vaddams deyib. Bu layihənin həyata keçməsinin Aİ üçün əhəmiyyətli olduğunu qeyd edən səfir qurumun “Nabucco”nun reallaşmasına yönəlmiş səyləri dəstəklədiyini vurğulayıb: “Bu, həm Avropa İttifaqı, həm də Azərbaycan üçün əhəmiyyətli layihədir. Biz Avropa istiqamətində enerji, xüsusilə də qaz xətlərini şaxələndirmək istəyirik. Çünki Avropada qaza olan tələbat gündən-günə artır. Avropa hazırda Əlcəzair, Norveç və Rusiyadan qaz almaqla tələbatını təmin edir. Lakin daha bir mənbənin hesabına bu təminatı həyata keçirmək pis olmazdı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR