Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev Saparmurad Türkmənbaşının məqbərəsini ziyarət edib

Azərbaycan prezidenti İlham Əliyev Saparmurad Türkmənbaşının məqbərəsini ziyarət edib
# 28 noyabr 2008 16:28 (UTC +04:00)
Bakı - APA. Türkmənistanda rəsmi səfərdə Azərbaycan prezidenti İlham Əliyev Axal vilayətinin Qıpçaq obasına gələrək, Türkmənistanın birinci prezidenti Saparmurad Türkmənbaşının və ailə üzvlərinin dəfn olunduğu məqbərəni ziyarət edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycanın dövlət başçısının adından məqbərəyə əklil qoyulub.

Prezidentə məlumat verilib ki, məqbərədə Saparmurad Türkmənbaşı, valideynləri və iki qardaşı dəfn olunub. Türkmənbaşının atası İkinci Dünya müharibəsində, anası və iki qardaşı isə 1948-ci ildə Aşqabadda baş vermiş güclü zəlzələ zamanı həlak olub.

Sonra prezident İ. Əliyev yaxınlıqdakı “Türkmənbaşının ruhu” məscidi ilə tanış olub.

Dövlət başçısı bu gün Türkmənistanın Müstəqillik abidəsini də ziyarət edib. O, abidə kompleksinə əklil qoyub, ərazidəki Fəxri qonaqlar xiyabanında ağac əkib.

Bundan başqa, Azərbaycan dövlət başçısı Saparmurad Türkmənbaşı adına Milli Mədəniyyət Mərkəzində Türkmənistanın birinci Prezidentinin muzeyi ilə də tanış olub.
Prezident İ. Əliyevə məlumat verilib ki, ötən ilin fevralında açılmış Milli Mədəniyyət Mərkəzində muzey, konsert salonu, milli kitabxana yerləşir.

Azərbaycan dövlət başçısı muzeyinin eksponatları ilə tanış olub, Xatirə kitabına ürək sözlərini yazıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR