Bank Of Baku

Azərbaycan prezidentinə Türkmənistan Dövlət Universitetinin Fəxri professoru adı verilib

Azərbaycan prezidentinə Türkmənistan Dövlət Universitetinin Fəxri professoru adı verilib
# 29 noyabr 2008 07:15 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısına bildirib ki, 1931-ci ildə pedaqoji institut kimi yaradılmış universitet hazırda Türkmənistanın ən nüfuzlu ali təhsil ocağıdır. Onun bazasında bir çox ali məktəblər yaradılıb, indiyədək universitetdə 55 mindən çox mütəxəssis hazırlanıb. Universitetin kitabxanasında 600 mindən çox kitab var.

Universitetin rektoru Çaryad Tugiyev mərasimi açaraq deyib ki, Elmi Şura iki ölkə arasında humanitar əlaqələrin inkişafında müstəsna xidmətlərinə görə Azərbaycan prezidenti İlham Əliyevə universitetin Fəxri professoru adı verilməsi barədə qərar qəbul edib.

Rektor Azərbaycan prezidentinə universitetin Fəxri professoru diplomunu və türkmən milli geyimi təqdim edib.

Dövlət başçısı ona göstərilən etimada görə minnətdarlığını bildirib. O, Türkmənistana rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlərdə müzakirə olunan məsələlərdən danışıb, Azərbaycan və Türkmənistanın beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyini vurğulayıb.

Səfər çərçivəsində prezident İ. Əliyev Türkmənistan Məclisində də olub. Dövlət başçısı parlamentin iclas salonu ilə tanışlıqdan sonra Türkmənistan Məclisinin sədri, xanım Akca Nurberdiyeva ilə görüşüb. Görüşdə Azərbaycan-Türkmənistan əlaqələrinin bütün sahələrdə inkişaf etdiyi vurğulanıb, bildirilib ki, Azərbaycan prezidentinin Türkmənistana rəsmi səfəri ikitərəfli əlaqələrin genişlənməsi baxımından çox böyük əhəmiyyət daşıyır.

Görüşdə parlamentlərarası əlaqələrin vacibliyi vurğulanıb, bu sahədə əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olunub.

Səfər davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR