Bank Of Baku

Terri Devis: “Azərbaycanda və Ermənistanda tarixi abidələrin monitorinqini keçirəcək missiyanın səfərinə hər iki ölkədən etirazlar olub”

Terri Devis: “Azərbaycanda və Ermənistanda tarixi abidələrin monitorinqini keçirəcək missiyanın səfərinə hər iki ölkədən etirazlar olub”
# 02 dekabr 2008 08:30 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Avropa Şurasının baş katibi Terri Devis qurumun Azərbaycanda və Ermənistanda tarixi abidələrin monitorinqini keçirəcək faktaraşdırıcı missiyasının iki ölkəyə səfərinin baş tutmamasından təəssüflənir. APA-nın məlumatına görə, Bakıda “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilən beynəlxalq konfransdan əvvəl bu mövzuda sualı cavablandıran T. Devis bildirib ki, missiyanın səfəri ilə bağlı hər iki ölkədən etirazlar olub. O, səfərin baş tutması ehtimalının olduğunu da söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR