Bank Of Baku

Azərbaycanın xarici işlər naziri sabah Helsinkiyə gedir

Azərbaycanın xarici işlər naziri sabah Helsinkiyə gedir
# 02 dekabr 2008 08:57 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti sabah Helsinkiyə gedir. Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, səfərin məqsədi ATƏT-ə üzv ölkələrin xarici işlər nazirləri Şurasının 16-cı konfransında iştirak etməkdir. Nazirin konfransda çıxışı da nəzərdə tutulub. Tədbir çərçivəsində müxtəlif ikitərəfli görüşlər də planlaşdırılır.

E. Məmmədyarov, həmçinin, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təşkilatçılığı ilə dekabrın 3-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüş keçirəcək, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparacaq. Konfrans çərçivəsində Azərbaycan, Türkiyə və Ermənistan XİN başçılarının görüşü də nəzərdə tutulub.

Bundan başqa, Helsinkidə GUAM ölkələri XİN başçıları Şurasının 8-ci iclası da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR