Bank Of Baku

Yanvarda Bakı-Qahirə aviareysi açılacaq

Yanvarda Bakı-Qahirə aviareysi açılacaq
# 02 dekabr 2008 15:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevlə Misirin mədəniyyət naziri Farux Hüsnü arasında görüş keçirilib. APA-nın xəbərinə görə, Misirin mədəniyyət naziri Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda beynəlxalq konfransının keçirilməsini müsbət dəyərləndirdiyini bildirib və həmkarı Əbülfəs Qarayevə tədbirin yüksək səviyyədə təşkil olunmasına görə təşəkkür edib. F. Hüsnü gələn ilin yanvarından Bakı ilə Qahirə arasında təyyarə reysinin açılacağını qeyd edərək bunun iki ölkə arasında mədəniyyət və turizm əlaqələrinin daha da inkişafına zəmin olacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR