Bank Of Baku

Elmar Məmmədyarovun Finlandiyaya səfər proqramı açıqlanıb

Elmar Məmmədyarovun Finlandiyaya səfər proqramı açıqlanıb
# 02 dekabr 2008 15:47 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. ATƏT ölkələri Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Finlandiyaya yola düşəcək Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun səfər proqramı açıqlanıb. Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, dekabrın 3-də E. Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək. Dekabrın 4-də o, BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi, Danimarkanın xarici işlər naziri Per Ştiq Moller ilə bir araya gələcək, GUAM xarici işlər nazirlərinin görüşünə qatılacaq, ATƏT-in iclasında çıxış edəcək. Dekabrın 5-də nazir ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti, Monteneqronun xarici işlər naziri Milan Roçen, ATƏT-in baş katibi Mark de Brişambo və BMT baş katibinin müavini Linn Pasko ilə görüşlər keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR